Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edildi

Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edildi


Türkiyənin Finlandiyadakı səfirliyinin binasına hücum olub.

Newscenter.az "Haber Global"a istinadən bildirir ki, naməlum şəxslər səfirlik binasına boya və qaz bombaları ilə hücum ediblər.

Hadisə barədə açıqlama verən Helsinki polisi olaydan qısa müddət ərzində ərazinin nəzarətə götürüldüyünü, binanın yerləşdiyi prospektdə əlavə polis və xilasetmə qruplarının göndərildiyini bildirib.

Açıqlamada sözügedən hücumun 4 nəfərlik qrup tərəfindən həyata keçirildiyi, polisin hücumla bağlı hələlik heç kimi saxlamadığı bildirilib.

Anar TAGİYEV
Xəbəri paylaş