Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

23,9 milyon hektar kənd təsərrüfatı sahəsi mövcuddur

23,9 milyon hektar kənd təsərrüfatı sahəsi mövcuddur


Türkiyədə 23,9 milyon hektar kənd təsərrüfatı sahəsi mövcuddur.

Newscenter.az Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, bu torpaqların 16,5 milyon hektarı becərilib, 3 milyon hektar biçilib.

Torpaq fondunun 718 min hektarnda tərəvəzçiliklə məşöul olunub. 3,7 milyon hektar sahədən isə meyvə, zeytun və üzümçülükdə istifadə edilib.

Nazirlikdən bildirilib ki, şəhərləşmə və sənayeləşmə kimi qeyri-kənd təsərrüfatı sektorlarından gələn tələblər səbəbindən torpağa ehtiyac artır. Kənd təsərrüfatı, meşə, çəmən və otlaq sahələrində mühafizə və istifadənin tarazlığını təmin etmək üçün torpaqdan istifadə planlarının hazırlanması işləri sürətləndirilib. Bu il torpaqdan istifadə planlarının hazırlanması üçün 941 min hektar sahədə ətraflı torpaq tədqiqat işlərinin başa çatdırılması nəzərdə tutulur.

Natiq Orucov
Xəbəri paylaş