Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

700 min hektar sahədə torpaqların sənədləşdirilməsi həyata keçiriləcək

700 min hektar sahədə torpaqların sənədləşdirilməsi həyata keçiriləcək


Gələn il Türkiyədə 700 min hektar sahədə torpaqların sənədləşdirilməsi işlərinə başlanılacaq.

Newscenter.az Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, 603 min hektar sahədə isə qeydiyyat prosedurlarının tamamlanması nəzərdə tutulub.

Bildirilib ki, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən layihələrdə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi və səmərəli istifadəsi üçün yerquruluşu planlarının tamamlanması, torpaq məlumat bazasının yaradılması, eroziyaya qarşı mübarizənin aktivləşdirilməsi prioritet məsələlərdəndir.

Torpaqların kənd təsərrüfatı məqsədləri üçün alınmasının asanlaşdırılması, kənd təsərrüfatı torpaqları bazarının tənzimlənməsi, mülkiyyətdən yaranan mübahisələrin həlli, kənd təsərrüfatı istehsalında istifadə olunmayan torpaqların istehsalata cəlb edilməsi və biznes miqyasının artırılması üçün institusional və hüquqi tənzimləmələrə ehtiyac duyulduğu qeyd edilir

Natiq Orucov
Xəbəri paylaş