Suriyadakı İran İnqilab Keşikçiləri Korpusunun istifadə etdiyi obyektlərə hava zərbələri endirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, Suriyanın şərqində yerləşən İran İnqilab Keşikçiləri Korpusunun və onun nəzarəti altında olan qrupların istifadə etdiyi iki obyektə hava hücumu təşkil edilib. Pentaqon buna səbən kimi sözügedən obyektlərin Suriyadakı Amerika hərbiçilərinə təhdid təşkil etməsi ilə əlaqələndirib.
Pentaqon hava zərbələrinin ABŞ prezidenti Co Baydenin göstərişi ilə həyata keçirildiyini bildirib.
Mehman Mehdiyev