Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi Azərbaycanda da müxtəlif səviyyələrdə qeyd ediləcək.
Newscenter.az xəbər verir ki, belə tədbirlərdən biri Azərbaycanda Atatürk Mərkəzində təşkil olunacaq. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbirdə qardaş ölkənin bir əsr ərzində keçdiyi şərəfli yol, Türkiyənin dünəni, bu günü və qarşısına qoyduğu hədəflərdən danışlacaq.
Tədbirdə Türkiyənin Kırıkkale Universitetinin professoru Cəmaləddin Daşqıran və Amasya Universitetinin professoru Sərap Daşdəmir məruzə ilə çıxış edəcəklər.
Anar Əliyev