Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” ASC abonentlərinin sayı 4,7 faiz artıb

“Azərsu” ASC abonentlərinin sayı 4,7 faiz artıb


Son bir ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı 81,6 min və ya 4,7 faiz artıb.

Newscenter.az Agentliyə istinadən bildirir ki, 01 oktyabr 2023-cü il tarixinə ölkə üzrə 1813531 abonent içməli və tullantı su xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Onların 1741155-i və ya 96 faizini əhali, 72376-sı və ya 4 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 77 min və ya 4,6 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 4,5 min və ya 6,7 faiz artıb.

Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti Kooperativlərindən yeni abonentlərin qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

01 oktyabr 2023-cü il tarixinə “Azərsu” ASC abonentlərinin 89,5 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,3 faiz, qeyri-əhali qrupu üzrə isə 96,5 faiz təşkil edir.

Sona
Xəbəri paylaş