Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çirkab suların təkrar istifadəsi üçün tədqiqat işlərinə başlanılacaq

Çirkab suların təkrar istifadəsi üçün tədqiqat işlərinə başlanılacaq


Suvarma suyunun keyfiyyət meyarlarının yaxşılaşdırılması, təmizlənmiş çirkab suların təkrar istifadəsi üçün tədqiqat və təkmilləşdirmə işlərinin aparılmasına başlanılıb.

Newscenter.az Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, suvarma suyundan əldə ediləcək qənaətin miqdarını artırmaqla kənd təsərrüfatında suyun səmərəli istifadəsinə nail olunacaq.

Görüləcək işlər nəticəsində ilin sonuna qədər suvarmağa açılan sahələr 7,1 milyon hektara çatacaq.

Boru sistemi ilə yeni layihələrin qurulması və köhnə suvarma sistemlərinin yenilənməsi ilə gələcəkdə borulu suvarma sistemlərinin sürətinin artacağı və kənd təsərrüfatında əhəmiyyətli miqdarda suya qənaət ediləcəyi təxmin edilir.

Natiq Orucov
Xəbəri paylaş