Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmas terrorçuları Fələstin xalqına da bədbəxtlik gətirir

Həmas terrorçuları Fələstin xalqına da bədbəxtlik gətirir


İsrail qurulduğu gündən bu günümüzə qədər ərazisi və mülki sakinləri ağır və qanlı terrorlara məruz qalıb. Amma Həmasın və İslami Cihad terror quruplaşmalarının Oktyabrın 7-də İsrailə qarşı başlatdığı irihəcmli terror və raket hücumları İsrail tarixində İsrailə və Yəhudilərə qarşı törədilən ikinci və böyük soyqırımı aktı və ikinci Holokost hadisəsidir. Həmas və İslami Cihad terrorçuları bir çox qüvvələrin dəstəyi və yardımı ilə İsrailə minlərlə irihəcmli raketlər atdı. Həmas İsrailin başı üzərindən raket və bombaları yağış kimi yağdırdı. Hücum və raketin sayı o qədər çox və sürətli idi ki‚ İsrailin Dəmir Qübbə Hava Hücumundan Müdafiə Sistemləri bu hücumlarının qarşısını almaqda çətinlik çəkirdi. İsrailə atılan o minlərlə raketin mənbəyi və maddi-texniki bazası Qəzzadakı uşaq evləri‚ uşaq bağçaları‚ məktəblər‚ xəstəxanalar‚ məscid və ibadət yerləridir.

Qəzzanı vaxtilə zorla ələ keçirtmiş və hətta Fələstinliləri də əsarətdə zülm içərisində saxlayan Həmas və İslami Cihad Terrorçuları İsrailə qarşı məqsədli şəkildə qəsdən belə həssas obyektləri seçir ki‚ İsrail müdafiə və təhlükəsizlik qüvvələri atılan raketlərə qarşılıq cavab zərbəsi endirdikdə bu obyektlər dağılsın və bütün dünyaya İsrail uşaq evlərini‚ xəstəxaları‚ bağça və məktəbləri vurur və qətliam edir deyərək İsrailə qarşı dünya ictimaiyyətində tamamilə əks fikir formalaşsın. İsrail heçbir zaman Fələstinə toxunmayıb. Radikal fələstinlilər‚ Həmas‚ İslami Cihad terrorçuları mütamadi İsrail ərazilərini raket atəşinə tutur‚ mülki insanları gülləbaran edib öldürür. İsrail sadəcə ərazisini və mülki vətəndaşlarını qorumaq üçün qarşılıq verir. Qəzzada uşaq evlərinin‚ bağça‚ xəstəxana və ibadət yerlərinin dağılmasının səbəbkarı və birbaşa günahkarı Həmas‚ İslami Cihad və radikal terrorçulardır. Bu günə qədər hələ heçbir müsəlman ölkəsi və fələstin xalqı Həmas və İslami Cihad terrorçularına sual verməyib ki‚ İsrailə niyə raketlər atırsınız?? Fələstin xalqı özü də Həmas və İslami Cihadın cəzalandırmasında iştirak etməlidir.Fələstin xalqı ilk olaraq öz daxilindəki vəhşi cinayətkarlardan yaxa qurtarmalıdır.

İsrail sadəcə ərazisinə atılan minlərlə raketə qarşılıq zərbəsi endirir‚ terrorçulara qarşı özünümüdafiə əməliyyatı aparır. Bu isə hər bir suveren və müstəqil ölkə kimi İsrailin də haqqı və hüququdur. Heçbir ölkə və heçbir suveren dövlət ərazisinə atılan minlərlə raketə‚ öldürülən yüzlərlə‚ artıq minlərlə vətəndaşının qətlinə‚ ərazilərinin dağıdılmasına göz yuma və biganə qala bilməz. İstənilən bir ölkənin ərazisinə bir neçə raket atılsa dərhal ən ağır şəkildə cavab verər. İsrailə bir neçə yox‚ minlərlə raket atılıb. İndi İsrail də özünə və mülki sakinlərinə qarşı bu ağır təhlükəni zərərsizləşdirmək üçün qarşılıq verir. Terrorçuları zərərsizləşdirmək‚ ərazisini və mülki vətəndaşlarını qorumaq İsrailin hər bir suveren dövlət kimi‚ beynəlxalq hüququdur. İsrail Həmas və İslami Cihad terrorçularından fərqli olaraq Qəzzada qətliam törətməyib və qətliam xarakterli müharibə etmir. İsrail sadəcə terroristlərin hücumlarına cavab olaraq Həmas və İslami Cihadın maddi-texniki bazalarına və hərbi obyektlərə zərbə endirir. Əgər Qəzzada mülki şəxslər bundan zərər görürsə bunun günahkarı Həmas və İslami Cihad terrorçularıdır.

Dünya icimaiyyəti və bütün İslam dünyası‚ müsəlman ölkələri və xalqları ilk olaraq Həması‚ İslami Cihadı və onların arxasındakı görünməz qaranlıq əlləri günahlandırmalıdır. Çünki müharibəni İsrail yox‚ məhz Həmas və İslami Cihad terroçuları başladıb‚ İsrail yox. Və həmçinin bu münaqişə İsrail Fələstin münaqişəsi deyil‚ Yəhudi-ərəb müharibəsi deyil. Bu‚ sadəcə bir çox qüvvələrin diktəsilə və məhz həmin bir çox kənar qüvvələrin yararına olaraq məhz Həmas və İslami Cihad terror təşkilatları tərəfindən‚ fələstin xalqına heçbir aidiyyatı olmayan və fələstin xalqının maddi rifah və milli maraqlarına sərf etməyən‚ yalnız Həmas və İslami Cihadın maddi maraqlarına uyğun olaraq İsrailə və Yəhudilərə qarşı terror məqsədilə başladılan münaqişədir. Bu‚ sadəcə İsraillə Həmasın qarşıdurmasıdır. Bu məsələyə İsrail-Fələstin münaqişəsi adı vermək ciddi yanlışlıqdır. İsraildən Fələstinə qarşı bir mərmi belə atılmayıb. Qəzza isə Fələstinin ərazisi deyil. Qəzza zolağı coğrafi baxımdan Misirin ərazisi olub. Daha sonra Fələstin Muxtariyyatının nəzarətinə keçsə də‚ Həmas və İslami Cihad terrorçuları Fələstin Muxtariyyatını Qəzza zolağından sıxışdırıb çıxarıb və Qəzza zolağını zorla ələ keçirərək Qəzzanı Fələstin Muxtariyyatının nəzarətindən ayıraraq anklavı öz əlinə keçirib. Qəzza zolağına Fələstin rəhbərliyi deyil‚ Həmas və digər terrorçular hakimdi.

Hazırda Qəzza zolağına nəzarət edən bu gözü dönmüş‚ barbar‚ vəhşi terrorçularla daim Fələstin Muxtariyyatı arasında da kəskin mübarizə gedir. Qəzza zolağına hakim olan bu terrorçular İsrail və Fələstin arasında sülhün yaranmasını hər zaman hər vasitə ilə əngəlləyiblər. Fələstin Muxtariyyatı daim Həmas və İslami Cihadın sərt təzyiqi və təhdidləri ilə üzləşərək sülh prosesindən yayınır. Həmas və İslami Cihad terrorçularının vəhşiliyindən‚ Yəhudilərlə bərabər ən çox fələstinlilər də əziyyət çəkir. Qəzza zolağını zorla ələ keçirtmiş bu gözü dönmüş terroristlər nəinki‚ bölgə üçün‚ hətta bütün dünya üçün təhlükədir. Hazırda Həmasın əsirliyində çox sayda ölkədən olan insan var. O ölkələrin hər biri Həmasa təzyiq nümayiş etdirməlidir.

Bütün dəlillər göstərdi ki‚ Qəzzadakı xəstəxanaya raket məhz Qəzzadakı vəhşi terroristlər tərəfindən atılıb. Qəzzadakı xəstəxananı vuran İsrail əsgərləri yox‚ məhz Həmas və İslami Cihaddır. Səbəbi isə çox sadədir‚ İsrailin Həmasa qarşı raket hücumlarının fonunda Qəzzadakı xəstəxananın vurulması dünyada İsrailə qarşı əks və mənfi rəy yaradacaqdı. Bu səbəblə barbarlar özləri Qəzzadakı xəstəxananı vuraraq öz mülki insanlarını qətlə yetirdilər. Bu‚ Qəzza əhalisinə qarşı məqsədli şəkildə və özlərinin maddi maraqları naminə törədilən ağır qətliam idi. Həmas və İslami Cihad təkcə İsrailə və Yəhudilərə qarşı yox‚ həmçinin Qəzzalılara qarşı da soyqırım aktı törətdilər. Həmas və İslami Cihad bu gün təkcə İsrailə və Yəhudilərə qarşı deyil‚ məhz öz xalqına‚ Qəzza sakinlərinə qarşı da öz maddi maraqları naminə qırğın və soyqırımı törədir. Həmas və İslami Cihad Qəzzadakı bir çox hümanitar əraziləri vuraraq İsraili günahkar göstərməyə çalışır.

İsrail tərəfi Qəzzadakı Xəstəxananı vurmadıqlarına və Həmas və İslami Cihad terrorçuları tərəfindən məhz Qəzzadan atılan raket zərbəsilə vurulduğuna dair faktları BMT Təhlükəsizlik Şurasına təqdim etdi. Həmas və İslami Cihad üzvləri öz aralarındakı telefon danışıqlarında bunu açıq-aşkar bildirirlər. Artıq dünyanın bir çox medya qurumları Qəzzadakı xəstəxananın İsrail tərəfindən vurulmasına dair yayımladığı xəbərə görə İsraildən üzr istədilər. Artıq Nyu-York Post bununla bağlı rəsmi üzrxahlıq mətni dərc etdi.

Həmas və İslami Cihad terror quruplaşmaları təkcə İsrail və Yəhudilərə qarşı yox‚ hətta öz xalqına‚ Fələstinlilərə‚ bütün Orta Şərq regionuna və hətta bütün dünyaya qarşı təhlükədir. Həmas və İslami Cihad terrorçuları İŞİD terrorçularını bir neçə dəfə keçdilər. Bu barbar və vəhşi terrorçuların etdiyi vəhşilikləri hətta İŞİD terrorçuları belə etməmişdi. İŞİD belə bu qədərinə imza atmamışdı. Həmas və İslami Cihad terrorçuları bir çox qüvvələrin diktəsilə hətta öz xalqını qətl edəcək qədər‚ öz xalqının xəstəxanasına raket ataraq yüzlərlə insanın diri-diri yanaraq ölümünə səbəb olacaq qədər dinsiz‚ barbar‚ vəhşi və qəddar canilərdir.

İsrailin mübarizəsi məhz bu əli qanlı terroristlərlə‚ bu vəhşi canilərlədir. Fələstin xalqı da bu terroristlərə qarşı mübarizə aparmalıdır. Çünki‚ bu terroristlər fələstin xalqına da bədbəxtlik gətirirlər.



Mirsamir Məmmədov

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin Direktoru
Xəbəri paylaş