Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail ordusu Qəzzaya daxil olub

İsrail ordusu Qəzzaya daxil olub


İsrail ordusu Qəzza zolağına daxil olub
KİV: İsrail ordusu Qəzza zolağına daxil olub
İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub.

Newscenter-az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir.

Bildirilib ki, onlar bir neçə saatdır Qəzzadadırlar və “HƏMAS-la terrorçu hədəflərə” qarşı fəaliyyət göstərirlər. Qəzetin qeyd etdiyi kimi, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.(report)
Xəbəri paylaş