Yaxın Şərqdə gərginlik hər ötən gün daha da artır. Ötən gün Misir ərazisinə də raketin düşməsi və bir neçə nəfərin xəsarət alması Qahirənin də İsrail-HƏMAS müharibəsinə qoşulacağı ehtimalını artırıb.
Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımov isə deyib ki, Misirin müharibəyə cəlb edilməsi mümkün deyil:
"Əvvəla ona görə ki, Misir Amerikanın nəzarətində olan ölkədir. Misir ordusunun ABŞ maliyyəsi və silahlanması ilə təmin edilməsi bunu deyir. Bununla yanaşı Misir ilə İsrail arasında 1978-ci il 17 sentyabr tarixində Kemp-Devid müqaviləsi imzalanıb. Müqavilə Ənvər Sədat və Menaxim Begin arasında imzalanıb. Bu müqavilədən sonra Misir İsrailin ərazisini işğal etdiyi hesab edilən torpaqlarla tanıyıb, eyni zamanda, İsrail də işğal etdiyi Sinay yarımadasının torpaqlarını Misirə qaytarıb. Bu səbəbdən Misir risk edib müharibəyə qoşulmaz. Digər ölkələrin də bu müharibəyə qoşulacağını hesab etmirəm".
Politoloq deyib ki, 2021-ci ildə ABŞ-ın sabiq prezidenti Donald Trampın iştirakı ilə "Avraham" anlaşmasl imzalanıb:
"Müqaviləni İsrail, BƏƏ, Bəhreyn, sonra isə Sudan və Mərakeş imzalayıb. İran və Türkiyənin də İsrail-HƏMAS müharibəsinə qatılacağı ehtimalı yox dərəcəsindədir. Bəyanatlar ola bilər, amma kimsə öz ölkəsini müharibənin içərisinə atmaz".
Anar Əliyev