"Rusiya Ukraynada əmrlərə tabe olmayan əsgərlərini öldürür".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ağ Ev belə bir iddia ilə çıxış edib. İddiaya görə, Rusiyanın hərbi rəhbərliyi Ukraynadakı qüvvələrinin komandanlığını da ölümlə hədələyib. Məlumata görə, Ukraynadakı Rusiya qoşunlarının komandirlərinə geri çəkilmək istəyində olduqları təqdirdə güllələnıcəkləri xəbərdarlığı edilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi bəyan edib ki, bu Rusiyanın Ukraynada artıq məğlub olduğunun göstəricisidir:
"Rusiyanın Ukraynadakı qoşunları kifayət qədər hazırlıqlı deyil və heç nə ilə təchiz olunmayıb".
Mehman Mehdiyev