Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda atışma olub, ölən və yaralananlar var

Sumqayıtda atışma olub, ölən və yaralananlar var


Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcov ağır yaralanıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş