Cari ilin 9 ayında 47 şirkətdə aparılan araşdırmalar nəticəsində 3,2 milyard lirəlik yanacağa saxta hesab-fakturalar verildiyi üzə çıxıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Ticarət Nazirliyi verib. Nazirlikdən bildirilib ki, nəticədə 1,4 milyard lirə dövlətə zərər dəyib.
Bundan başqa aparılan yoxlamalar zamanı 43 yanacaq satıcısının nəzarət-kassa aparatına və avtomatlaşdırma sistemlərinə müdaxilə edərək qeyri-qanuni məxfi mexanizmlər vasitəsilə dövlət qeydiyyatına alınmayan yanacaq satışı həyata keçirməsi müəyyən edilib.
Sözügedən dilerlər barədə lazımi tədbirlərin görülməsi üçün Vergi Təftiş Şurası Prokurorluğuna müraciət edilib. Bu bildiriş nəticəsində vergi yoxlamasının aktları əsasında məhkəmə qərarları çıxarılana kimi həmin dilerlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Anar TAGİYEV