Bu ilin 9 ayı ərzində Gömrük Mühafizə bölmələri tərəfindən 769 ton qaçaq yanacaq aşkar edilib.
Newscenter.az Türkiyənin Gömrük Mühafizə Baş İdarəsinə istinadən bildirir ki, aşkar edilən yanacağın dəyəri 13 milyon lirə təşkil edib. Ümumilikdə isə qaçaqmalçılıq yolu ilə əldə edilmiş yanacaq 47 halda aşkarlanıb.
Qeyd edək ki, Gömrük Mühafizə Baş İdarəsi də Türkiyənin bütün hüquq-mühafizə orqanlarının cəmləşdiyi və qaçaqmalçılıqla mübarizə məqsədilə yaradılmış Xüsusi Qrupa daxildir.
Anar TAGİYEV