Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada qazın qiyməti artıb

Avropada qazın qiyməti artıb


Avropada təbii qazın qiymətində yenidən artım müşahidə edilib.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, buna səbəb ötən gün Misirin qaz idxalını dayandırması barədə açıqlama verməsi olub. Qahirədən verilən açıqlamadan sonra Avropada qaz qiymətləri həftəyə artımla başlayıb. Avropanın ən böyük dərinliyinə sahib Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsində qazın qiyməti 6,7 faiz artaraq 53,9 avroya çatdı.

Qeyd edək ki, İsrail-Fələstin münaqişəsi başlayandan sonra bahalaşan qiymətlər sonuncu dəfə oktyabrın 13-də 53,9 avroya çatıb. Ümumən, İsrail-Fələstin münaqişəsindən sonra üç həftə ərzində qiymətlər təxminən 40 faiz artıb.

Natiq Orucov
Xəbəri paylaş