Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü Belarusda da qeyd edilib. Belə ki, bu münasibətlə Belarusun simvollarından biri olan Milli Kitabxana Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu, Türkiyənin Minskdəki səfirliyinin təşəbbüsü ilə baş tutub.
Minskin mərkəzində şəhərin ən böyük küçəsi olan Müstəqillik prospektində yerləşən binada Türkiyə bayrağı ilə yanaşı, Cümhuriyyətin 100 illiyi loqosu da nümayiş olunub.
Anar TAGİYEV