Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Braziliyada təyyarə qəzası, çoxlu sayda ölənlər var

Braziliyada təyyarə qəzası, çoxlu sayda ölənlər var


Braziliyada təyyarə qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin qərbində kiçiktutumlu təyyarənin Amazon meşəsinə düşməsi nəticəsində 12 nəfər həlak olub. Ölənlər arasında bir körpənin olduğu da bildirilir.

Məlumata görə, ökənin Rio Branko şəhərinin hava limanından havaya qalxan kiçik təyyarə Akko ştatında Amazon meşələrinə çırpılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası cəlb edilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Anar TAGİYEV
Xəbəri paylaş