Finlandiya Xarici İşlər Nazirliyinin binası Türkiyənin bayrağına uyğun işıqlandırılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Finlandiya XİN-in "X" platformasındakı sosial media hesabında bu barədə paylaşım edilib.
Finlandiya Xarici İşlər Nazirliyinin "X" hesabında "Finlandiya Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü qeyd edir. Bu münasibətlə Xarici İşlər Nazirliyinin Merikasarmi binası Türkiyə bayrağının rənginə uyğun işıqlandırılıb"- deyə, vurğulanıb.
Türkiyənin Helsinkidəki səfirliyinin "X" platformasındakı hesabında edilən paylaşımda, "Cümhuriyyətimizin 100 illiyi mübarək! Cümhuriyyətimizin 100 illiyi şərəfinə Finlandiya Xarici İşlər Nazirliyi şanlı bayrağımızın rənglərinə boyandı. Neçə yüz illərə!"- deyə, bildirilib.
Anar TAGİYEV