Türkiyənin xarici işlər naziri Hakan Fidanla Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi özünün sosial şəbəkə hesabında məlumat verib.
Blinken sosial şəbəkədəki paylaşımında bildirib ki, Qəzzada münaqişənin bölgəyə yayılmasının qarşısını almaq, girovların azad edilməsini təmin etmək və humanitar yardımların səfərbər edilməsi istiqamətində səylərimizi müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefonla danışıb.
Anar TAGİYEV