Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Türkiyədə məktəblərdə tətil elan edilib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu barədə qərarı prezident Rəcəb Tayyib Ərdoğan verib. Türkiyə prezidenti özünün sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib ki, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar oktyabrın 30-da məktəbəqədər təhsil müəssisələri, ibtidai sinif, orta məktəb və liseylərdə tətil qərarı verilib.
Türkiyənin təhsil naziri Yusuf Tekin "X" platformasındakı sosial media hesabından etdiyi paylaşımda məktəblilərə bu sevinci yaşatdığı üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Anar TAGİYEV