“Ermənistan və Türkiyə nümayəndələri arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsinə ümid edirik”.
Newscenter.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.
O xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik olan şəxslər üçün sərhədlərin açılmasına aiddir.
“Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz “Marqara” keçid məntəqəsini yenidən təchiz etmişik və artıq belə proseslərə hazırıq”, - N.Paşinyan əlavə edib.(report)