Təhsilin İnkişafı Fondunun Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra etdiyi "IELTS imtahanına təşviq" layihəsi çərçivəsində artıq 168 nəfər imtahanda iştirak edərək uğurlu nəticə əldə edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Təhsilin İnkişafı Fondu yayıb.
Fonddan bildirilib ki, layihədə iştirak edən akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.
R.Mehdiyeva