Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə 67 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyədə 67 qeyri-qanuni miqrant saxlanılıb


Qeyri-qanuni miqrasiya hallarına qarşı mübarizə çərçivəsində daha bir uğurlu əməliyyat həyata keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Muğlanın Bodrum sahillərində 67 qeyri-qanuni mühacir saxlanılıb. Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, müxtəlif vaxtlarda Bodrum sahillərində üç rezin qayıqda qeyri-qanuni mühacirlərin olduğu müəyyən edilib. Dərhal Sahil Mühafizə qrupları əraziyə yönəldilib. Nəticədə 67 qeyri-qanuni miqrant saxlanılıb.

Qeyri-qanuni immiqrantlar Muğla İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Anar Əliyev
Xəbəri paylaş