Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1-ci, 2-ci Qarabağ müharibəsi yoxdur, 30 illik müharibə var

1-ci, 2-ci Qarabağ müharibəsi yoxdur, 30 illik müharibə var


1994 cü ildən atəşkəs elan olsa da, hər il və hətta bu son günlərə kimi də hərbi toqquşmalar davam edib, şəhidlər vermişik. Siyasi-diplomatik müstəvidə isə mübarizəmiz bir an belə dayanmayıb.

Bütün Qərb, Rusiya İran bizi 90-cı illərin məğlubiyyəti ilə barışmağa məcbur etmək istəyib. Beynəlxalq təşkilatlar, xüsusəndə ATƏT Minsk qrupunun misiyası, havadarlarının köməyi ilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını işğal faktını rəsmiləşdirməkdən ibarət olub. 1994-cü ildən bu yana hərbi, siyasi-diplomatik, informasiya mübarizımiz, müharibəmiz dayanmayıb.

1994-cü ildən döyüşlər, əməliyatlarımız davam edib. Xüsusən də Horadiz, Aprel, Günnük, Tovuz, 2020-cil 44 günlük Vətən müharibəsinə qədər tarixlərdə olub. 2023-cü il 19-da başladşğımız "lokal antiterror tədbirlərlə" 30 illik müharibənin son mərhələsini də möhtəşəm qələbə ilə bitirdik.

Faktiki və elmi-tarixi, həmçinin psixaloji baxımdan Qarabağ müharibəsi 30 illik müharibədir. Bu otuz il isə Azərbaycan xalqının dözümlülük, mətinlik, barışmazlıq və ardıcıl qəhrəmanlıq tarixi kimi şanlı qələbəmizin yetişmə dövrüdür.
Bu tarix həm də böyük xalq olduğumuzun sübutudur.

Odur ki, 1-ci, 2-ci Qarabağ müharibəsi yoxdur, qələbə çaldığımız 30 illik müharibə var.

Vüqar Dadaşov
Xəbəri paylaş