Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

9 May və 8 Noyabr Müharibə ştirakçısı-veteranın dəyəri.

9 May və 8 Noyabr Müharibə ştirakçısı-veteranın dəyəri.


II-ci dünya müharibəsində alman faşizminə qarşı vuruşmuş dədə-babalarımıza müharibə iştirakçıları-veteran kimi çox yüksək olaraq qiymətləndirilir. Ölkəmizdə də əlillik dərəcəsindən asılı olmayaraq II-ci dünya müharibəsi veteranlarına yüksək təqaüd-pensiya verilib və verilir. Üstəlik hər il 9 May Qələbə Günü münasibəti ilə həmin veteranlara orta hesabla 1500 manat dəyərində bir dəfəlik yardım pulu verilib və bu gündə dövlətimiz həmin ənənəni qoruyub saxlayır. Hətta dünyasını dəyişmiş həmin veteranların arvadlarına isə belə hər il 9 May Qələbə Günü münasibəti ilə 1500 manat miqdarında bir dəfəlik yardımın verilməsi davam etdirilir. Onların mənzil təminatı, sağlamlığının qorunması, ümumən sosial-tibbi təminatı isə mübahisəsiz dərəcə də çox yüksək səviyyədə təşkil edilib.

Xalqımızın sarsılmaz birliyi, Ordumuzun dünyaya nümunəvi qəhrəmanlığı, peşəkarlığı və Ali Baş Komandan, prezident cənab İlham Əliyevin siyasi iradəsi, müdrik siyasəti nəticəsində Azərbaycan Rusiyanın, İranın, Fransanın bir başa kəşfiyyat, siyasi-diplomatik, hərbi dəstək göstərdiyi işğalçı Ermənistan üzərində möhtəşəm QƏLƏBƏ qazandı.

Qalib xalqın, müzəffər ordunun əsgərlərinə xüsusi qiymət, qayğı əsgərə-fərdə deyil, dövlətin suverenliyinə, bütövlüyünə, xalqın qəhrəmanlığına, birliyinə verilən dəyər kimi dövlətin, xalqın prinsipial və güzəşt edilməyən milli maraqlarının qorunmasının göstəricisidir.

Öz ərazi bütövlüyü və suverenliyini bərpa etmiş, arxalı düşmən üzərində möhtəşəm zəfər qazanmış Qalib Azərbaycan əsgərinə hətta veteran, əlil statusunun asanlıqla verilməməsinin, bütün təqaüdlər hər il və ildə bir neçə dəfə artırılan digər təqaüdlər müqabilində veteranına illərlə dəyişməyən 80 manatlıq təqaüdü belə artırmamaq və nəhayət sosial, maddi təminatının yox dərəcəsində olmasının səbəbi nədir axı?!

Əgər hər şeydən öncə Vətəndirsə...

Özüm üçün cavabını təxmin etsəm də, yenə də düşünürəm, tapmağa çalışıram - görəsən
9 May Qələbə Günü ilə 8 Noyabr Zəfər Gününün fərqi nədədir?!

Vüqar Dadaşov
Qarabağ qazisi
Xəbəri paylaş