Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almatıda ll Beynəlxalq Türk Dünyasının Qadınlar Qurultayı keçirilib

Almatıda ll Beynəlxalq Türk Dünyasının Qadınlar Qurultayı keçirilib


Türk Xalqları Mədəniyyət Fondu və İlteriş Fondunun ortaq təşkilatçılığıyla 26-30 oktyabr 2023-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Tarixdə və gələcəkdə Türk qadının yeri və önəmi” mövzusunda ll Beynəlxalq Türk Dünyasının Qadınlar Qurultayı keçirilib.

Newscenter.az xəbər verir ki, beynəlxalq qurultayda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Quzey Kipr Türk Cümhuriyyəti və Türk dünyasının digər ölkələrindən elm adamları iştirak ediblər.

Qurultaya xüsusi dəvətlə qatılan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk Dünyasının tanınmış Azəbaycan Türk qadınları” mövzusunda məruzə ilə çıxış etmişdir.

Anar Əliyev
Xəbəri paylaş