Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan beynəlxalq bazarlarda ixracatçısı kimi tanınır

Azərbaycan beynəlxalq bazarlarda ixracatçısı kimi tanınır


Azərbaycanın malik olduğu zəngin enerji potensialı ölkəmizə olan marağı gündən günə artırır. İndi təkcə enerji təhlükəsizliyi Azərbaycandan asılı olan Avropa deyil, eyni zamanda dünyanın digər inkişaf etmiş ölkələri də regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığa üstünlük verir. Bu sırada Birləşmiş Ərəb Əmirlikləri də xüsusi yer tutur. Bu ölkənin “Masdar” şirkəti ilə artıq qeyd edilən sektorda bir neçə uğurlu əməkdaşlıq mövcuddur.

Newscenter.az-ın
xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Sevda Əsgərova deyib ki, Avropanın enerji təminatında önəmli rol oynayan ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı bərpa olunan enerji istehsalı sahəsində də yeni uğurlar qazanmaqdadır. Onun sözlərinə görə, 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı da bu uğurlardan yalnız biridir:

“Son onilliklər ərzində qlobal iqtisadiyyatın gündəliyində ən çox rast gəlinən məsələ bərpa olunan enerji mövzusudur. Təbii resursların tükənməsinin qarşısını almaq, qlobal iqlim dəyişikliklərini önləmək, habelə insanların sağlam həyat şəraitini təmin etmək kimi qlobal çağırışlar beynəlxalq münasibətlər sistemində özünə geniş yer qazanıb”.
Natiq qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra qlobal iqtisadi sistemə uğurla inteqrasiya olunan Azərbaycan da müasir dövrün çağırışlarına uyğun olaraq öz iqtisadiyyatını innovativ əsaslar üzərində qurur:

“Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısı kimi tanınır”.

Anar Əliyev
Xəbəri paylaş