Bu gündən Azərbaycanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti bərpa edilib.
Newscenter.az xəbər verir ki, istifadəçilər ondan məhdudiyyətsiz istifadə edə bilirlər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektronn Təhlükəsizlik Xidmətindən isə "Report"a bidirilib ki, bu gündən ölkə ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb: "Bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən qanunvericiliyin tələblərinə, sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırırıq".
Xatırladaq ki, "TikTok"un Azərbaycanda fəaliyyəti sentyabrın 19-da məhdudlaşdırılmışdı.