Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərə əriştə kəsmək Milena xanım üçün çox asandır

Ermənilərə əriştə kəsmək Milena xanım üçün çox asandır


“Çox təəssüflər olsun ki, bəzi dairələr və bəzi dövlətlər Cənubi Qafqazın spesifik, özünəməxsusluğunu bilmədən, bu coğrafiyanı tanımadan, problemlərin və həlli yollarının nədən ibarət olduğu barədə təsəvvürlərə malik olmadan subyektiv mövqe sərgiləyir. Bu isə regionda çox çətinliklə əldə olunan kövrək sabitliyə ciddi zərbə vurur. Kanadanın İrəvana səfərə gələn xarici işlər naziri Melena Colinin qərəzli bəyanatları bu qəbildən olan yanaşmadı”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməıkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, həmin dövlətlər həm də unudurlar ki, Azərbaycanla şantaj və hədə dilində danışmaq mümkün deyil:

“Həm də ona görə ki, Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlardan kənara çıxmayaraq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Heç bir etnik təmizləmə, başqa dövlətin ərazi bütövlüyünü pozma kimi uydurma ittihamlar da tamamilə yaddır”.

AMİP funksioneri qeyd edib ki, saxta və uydurma ittihamlarla rəsmi Bakını sanksiyalarla hədələmək qəbuledilməzdir:


“Belə qərəzli çıxışlar Kanada Azərbaycan əlaqələrinə zərbə vurur. Mən zənn etmirəm ki, Trüdo höküməti M. Colinin masasının üzərində olan sanksiyalara getsin. Bu addım Kanadanın Cənubi Qafqazdakı maraqlarının üzərindən xətt çəkilməsi demək olardı. Maraqlıdır ki, 30 il Azərbaycanın 20 faizini işğalda saxlayan Ermənistana Kanada hər hansı bir münasibət bildirmədiyi halda, könüllü şəkildə Xankəndini tərk edən ermənilərə görə az qalır yaylıq götürüb göz yaşı töksün. Halbuki Kanadanın Kvenek əyaləti illərdi müstəqillik uğrunda mübarizə aparır. Nədən onlara imkan verilmir? Ermənilərə əriştə kəsmək görünür Milena xanım üçün çox asandır”.

Anar Əliyev
Xəbəri paylaş