Filippində baş tutan yerliözünüidarəetmə seçkiləri qanlı toqquşmalarla yadda qalıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, iki mərhələdə keçirilən yerli seçkilərdən sonra meydana çıxan zorakılıq nəticəsində 19 nəfər həyatını itirib.
Filippin Seçki Komissiyasının sözçüsü Rex Laudiangco bildirib ki, seçkilərlə bağlı ölkədə 29 zorakılıq hadisəsi qeydə alınıb. Laudiangco şiddət hadisələrinin çoxunun Banqsamoro Muxtar Bölgəsində və Bicol bölgəsində baş verdiyini söyləyib.
Qeyd edək ki, 2020-ci ildə keçirilməsi planlaşdırılan yerli seçkilər iki dəfə təxirə salınıb.
Mehman Mehdiyev