İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayonun Bəcirəvan kənd sakini Q.İsmayılov qanunsuz olaraq saxladığı bir ədəd TOZ-18» markalı yivli silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktla bağlı araşdırmalar aparılır.
Mehman Mehdiyev