HƏMAS-ın daha bir yüksək rütbəli rəsmisinin evinə İsrail zərbə endirib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Arurinin Ramallahın şimalında yerləşən Arura qəsəbəsindəki evi partlayıcı qurğularla dağıdıb.
Məlumata görə, İsrail əsgərləri gecə saatlarında Ramallahın şimalındakı Arura qəsəbəsinə basqın ediblər. İsrail əsgərləri Arurinin buradakı evini mühasirəyə alaraq onu partlayıcı vasitəsilə partladıblar.
Anar TAGİYEV