Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin: "Fələstinlilərin qətliamının arxasında Amerika dayanır"

Putin: "Fələstinlilərin qətliamının arxasında Amerika dayanır"


"Fələstində həyata keçiriləm qətliamın arxasında ABŞ-dakı elita dayanır".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin verib.

Putin, Birləşmiş Ştatıarın Ukrayna və Yaxın Şərqdə olduğu kimi Fələstində də gərginliyə yol açdığını vurğulayıb. Kreml rəhbərinin sözlərinə görə, ABŞ-dakı hakim elitaların müqəddəs torpaqlarda sülhə deyil, xaosa ehtiyacı var.

Münaqişənin həllinin Fələstin Dövlətinin qurulmasında olduğunu deyən Putin, fələstinlilərə ancaq bu hadisənin arxasında duran qüvvələrlə döyüşməklə kömək edə biləcəyini, Rusiyanın Ukraynada da bu qüvvələrə qarşı mübarizə apardığını bildirib.

Anar TAGİYEV
Xəbəri paylaş