"Qəzzada hər gün 420-dən çox uşaq ölür və ya yaralanır".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel səsləndirib. Qəzzada sözün həqiqi mənasında humanitar böhran yaşandığını deyən Rassel dünya birliyinin bu böhranın aradan qaldırılması istiqamətində səfərbər olmasını zəruri sayıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın hərbi qanadının İsrailə davamlı raket zərbəsi endirməsindən sonra Təl-Əviv Qəzzaya hava zərbələri endirir. İndiyə qədər minlərlə fələstinli hava zərbələri nəticəsində dünyasını dəyişib, on minlərlə insan ev-eşiklərindən didərgin düşüb.
Anar TAGİYEV