Türkiyədə dəniz ilbizində ixracat artıb.
Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, qey edilən sahədə artım bu ilin 9 ayında keçən ilə nisbətən 67 faiz olub. Nəticədə bu sahədə əldə edilən gəlir 8 milyon 627 min 19 dollardan 14 milyon 419 min 13 dollara çatıb.
Təşkilatdan bildirilib ki, bu ilin 9 ayında Türkiyədən Cənubi Koreya Respublikası başda olmaqla 9 ölkəyə dəniz ilbizləri ixrac edilib. İxrac olunmuş məhsulların həcmi 1136 tondan 1326 tona yüksəlib.
Hesabat dövründə qeyd edilən məhsul növü Cənubi Koreya, Çin, Yaponiya, İspaniya, Tayvan, Ukrayna, Gürcüstan, Rumıniya və Azərbaycana ixrac olunub.
Natiq Orucov