Yumurtanın qiymətini süni şəkildə qaldıran şirkətlərə qarşı cəza tədbirləri görülüb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Rəqabət Şurası açıqlama verib. Açıqlamada bildirilib ki, qiymət sabitliyini pozan şirkətlərə 98 milyon lirə cərimə kəsilib.
Şuranın açıqlamasında qeyd edilib ki, 2022-ci ilin may ayında Rəqabət Şurası yumurta sənayesində qiymətlərin müəyyən edilməsi, bölgələrin bölüşdürülməsi və tədarük miqdarının məhdudlaşdırılması iddiası ilə iki ayrı araşdırma aparıb. Bu araşdırmaların birincisində ümumilikdə 34 yumurta istehsalçısına, ikincisində isə 13 yumurta istehsalçısı birliyinə və 12 yumurta istehsalçısına qarşı irəli sürülən ittihamlar hərtərəfli araşdırılıb.
Natiq Orucov