Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metroda qiymət artımı əhalinin sosial durumuna mənfi təsir göstərəcək

Metroda qiymət artımı əhalinin sosial durumuna mənfi təsir göstərəcək


Son günlər metroda qiymət artımının baş verəcəyi ilə bağlı fikirlər səslənir. Bildirilir ki, metroda gediş haqqının 70 qəpiyə qaldırılması nəzərdə tutulur.

İqtisadi Təhlil və Qiymətləndirmə Cəmiyyəti hesab edir ki, metroda qiymət artımının çox ciddi fəsadları olacaq. Newscenter-az-a Cəmiyyətdən bildirilib ki, metroda qiymət artımı əsas etibarilə tələbələrə mənfi təsir edəcək:

"Təsəvvür edin ki, tələbə Həzi Aslanov metrosundan Bakı Dövlət Universitetinə gəlmək üçün indi iki dəfə çox xərc çəkməli olacaq. İstər metroyla gəlsin, istərsə də avtobusla. Hesab edirik ki, metronun qiymətinin 70 qöpiyə qaldırılması həddən artıq düşünülməmiş qərar olar".

Cəmiyyətdən o da bildirilib ki, metroda gediş haqqının artırılması bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayının kəskin dərəcədə azalmasına gətirib çıxaracaq.

Natiq Orucov
Xəbəri paylaş