Ermənistanda Paşinyan əleyhinə etirazlar getdikcə artır. İndi erməni cəmiyyəti demək olar ki, ikiyə bölünüb. Paşinyandan razı olanlar və ondan narazı qalanlar. Öz-özlüyündə bunu Rusiya və Qərbpərəstlər kimi də xarakterizə etmək olar.
Newscenter.az-ın xəbərinə görə, Ermənistanda baş verənlərə diqqət çəkən AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib ki, erməni cəmiyyətinin səhv siyasətinə qarşı Paşinyan hökümətinə təzyiqləri artıb:
“Bütün bunlar onun xarici siyasətinə korrektələr etməyə məcbur edir. Ən mühüm nüanslardan biri də ondan ibarətdir ki, Qərbin təzyiqlərinin Azərbaycan üçün yetərli və təsirli olmadığını Paşinyan dərk etdi. Ən uyğun rəsmi Bakı ilə dil tapmaqdır. Münasibətləri normallaşdırmaqdır. Həmçinin Rusiyasız və Rusiyanın maraqlarını nəzərə almamaqla nəyəsə nail olmaq mümkün deyil. Rusiya və Türkiyə faktoru həlledici faktordur”.
Anar Əliyev