Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDT-nin Astana sammitində nələr müzakirə olunacaq?

TDT-nin Astana sammitində nələr müzakirə olunacaq?


"Türk Dövlətləri Təşkilatının növbəti Astana sammiti dünya üçün çətin və gərgin bir məqamda başlayır. Hərbi güc mərkəzlərinin bir-birinə silah doğrultuğu, hədələr etdiyi bir məqamda Türk dövlətlərinin bir yerə toplaşıb, qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etməsi baxımından yerində olan tədbirdir deyə düşünürəm".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, TDT-nın inkişaf etdirilməsi, iqtisadi və siyasi əlaqələrin dərinləşdirilməsi, ortaq əlifba, ortaq pul məsələlərinin müzakirə edilməsi mühtəməl olan bu görüşdə ən başlıca məsələ olan TDT-nın ortaq ordu məsələsinin də gündəmdə olacağını ehtimal etmək olar:

"Bu məsələlər daim inkişaf və müzakirə tələb etdiyi üçün hər görüşün yeni mərhələyə keçilməsində mühüm rol oynayacağı şübhəsizdir".

Azər Qasımov deyib ki, görüş eyni zamanda dövlət başçılarının Yaxın Şərq konfliktinin doğurduğu gərginlikdə hansı ortaq siyasət yürüdüləcəyinin müzakirə edilməsi baxımından da önəmlidir.

Anar Əliyev
Xəbəri paylaş