Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatının hər görüşü tarixdir, əlamətdar hadisədir

Türk Dövlətləri Təşkilatının hər görüşü tarixdir, əlamətdar hadisədir


"Türk Dövlətləri Təşkilatının hər görüşü, hər toplantısı bir tarixdir, əlamətdar hadisədir. Təşkilata üzv ölkələrin Qazaxıstan paytaxtı Astana şəhərində keçirilən sammiti də bu qəbildəndir".

Newscenter-az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Türk Dövlətləri Təşkilatının Astana sammitindən danışarkən səsləndirib. İctimai birlik sədri deyib ki, xüsusilə indiki həssas məqamda təşkilata üzv ölkələrin liderlərinin görüşməsi mühüm əhəmiyyət kəsb edir:

"Düzdür, Astana sammiti əvvəlcədən müəyyən edilmiş bir toplantı idi. Ancaq hesab edirəm ki, Yaxın Şərqdə gərginliyin yaşandığı Avropa və dünya güclərinin Cənubi Qafqaza, Orta Asiyaya marağının artdığı bir vəziyyətdə Türk Dövlətləri Tərəfindən bir araya gəlib vahid mövqe sərgiləməsi olduqca əhəmiyyətlidir".
Arzuman Muradlı deyib ki, Astana sammitində təşkilata üzv ölkələr iqtisadi və ticari əlaqələr, nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsini də müzakirə edəcəklər.

Anar Əliyev
Xəbəri paylaş