Azərbaycanda sabit telefon abunəçilərinin sayında azalma müşahidə edilir.
Newscenter.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən bildirir ki, buna səbəb "Onlayn Azərbaycan" layihəsi çərçivəsində bütün ölkə üzrə yüksəksürətli internet xidmətlərinin göstərilməsidir.
Nazirlikdən bildirilib ki, bu proses hər 100 nəfərə sabit telefon abunəçilərinin sayına da təsir göstərib. Belə ki, əvvəlki illərdə hər 100 nəfərə 15 sabit telefon abunəçisi düşürdüsə, 2022-ci ildə bu rəqəm 14 olub.
Sona