Bu birmənalıdır ki, ailədə baş verən boşanma halları cütlüklərdən daha çox, uşaqlara mənfi təsir göstərir. Bir çox hallarda onlarda psixoloji problemlərə belə yol açır. Elə psixoloq Ülviyyə Murtuzova da bu qənaətdədir.
Newscenter-az-ın xəbərinə görə, psixoloq bildirib ki, ayrılıq təşvişi pozuntusu uşaqlar arasında geniş şəkildə müşahidə olunan pozuntudur. Onun sözlərinə görə, bu uşaqlarda qeyri-real qorxular, hədsiz həssaslıq, mənlik şüuru, kabus görmə və xroniki təşviş müşahidə olunur:
"Özgüvənləri olmur, yeni vəziyyətlər qarşısında narahatlıq keçirirlər və yaşlarına uyğun davranmırlar".
Ülviyyə Murtuzova "Bu kimi uşaqlar valideynləri tərəfindən utancaq, həssas, həyacanli, sakit, cəsarəti tez qırılma, təlaşli və tez-tez göz yaşlarına boğulan uşaqlar olaraq ifadə olunur. Valideynlərinə hədsiz bağlı olurlar. Onlardan ayrılmaqla bağlı ifrat qorxu hissi keçirirlər",-deyə vurğulayıb.
Anar Əliyev