Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Qida sənayesi və Qida Təhlükəsizliyi Forumu" keçiriləcək

Gəncədə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş  "Qida sənayesi və Qida Təhlükəsizliyi Forumu" keçiriləcək


Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Qida sənayesi və Qida Təhlükəsizliyi Forumu" keçiriləcək.

Newscenter.az xəbər verir ki, forum dekabrın 6-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Forum Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ili “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının, həmçinin 29 aprel 2019-cu il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı” nın icrası çərçivəsində həyata keçirilir.

Forumun məqsədi Respublikamızda Dövlət proqramına uyğun olaraq Qida sənayesi istiqamətində kadr hazırlığını gücləndirmək, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin mövcud vəziyyətinin və inkişaf istiqamətlərini müzakirə etməkdən, müəyyən təkliflər hazırlamaqdan ibarətdir.

Forum Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı və Qəbələ Konserv Zavodu, Azgranata Şirə və Şərab Emalı Zavodunun və ORZAX şirkətinin dəstəyi ilə baş tutacaq.
İki paneldən ibarət olacaq forumda qida sənayesi və qida təhlükəsizliyinə aid müxtəlif məsələlər müzakirə ediləcək. Tədbirdə sənaye sahəsini təmsil edən yerli və xarici ekspertlər iştirak edəcək.

Forum qida sənayesi sahəsində təhsil alan tələbələri, gənc müəllim və alimləri, sənaye müəssisələrini bir araya gətirəcək.



Anar Əliyev
Xəbəri paylaş