Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqı Heydər Əliyevi hər zaman yüksək ehtiramla yad edir

Azərbaycan xalqı Heydər Əliyevi hər zaman yüksək ehtiramla yad edir


"20 il deyil, 200 il keçsə belə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi unutmayacaq, onun ruhuna ən böyük ehtiram nümayiş etdirəcək".

Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Heydər Əliyevin vəfatının 20 illiyinə nəzər salarkən səsləndirib. Ötən 20 ildə Ulu Öndəri sevgi və sayğı ilə yad edən Azərbaycan xalqının hər il olduğu kimi bu il də yüksək ehtiramla andığını diqqətə çatdıran Arzuman Muradlı deyib ki, Heydər Əliyevə xalqın sevgisi Onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən irəli gəlir:

"Ümummilli lider hakimiyyətinin bütün dövrlərində Azərbaycan xalqının xoşbəxt gələcəyi, firavan yaşaması üçün çalışıb. Bu gün Azərbaycan dövlətinin inkişaf və tərəqqisi, xalqımızın sabitlik şəraitində, yüksək rifah halında yaşamasında Heydər Əliyevin zamanında müəyyənləşdirdiyi və zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasətin xüsusi rolu var. Məhz bütün bu sadaladığım amillərdən dolayı Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin ruhuna yüksək ehtiram nümayiş etdirir, onu hər zaman sevgi və sayğı ilə anır".

Anar Əliyev
Xəbəri paylaş