Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya nüvə fəlakətinə yaxındır-NAZARBAYEV

Dünya nüvə fəlakətinə yaxındır-NAZARBAYEV


Dünya nüvə fəlakətinə yaxındır.

Newscenter.az "İzvestiya"-ya istinadən bildirir ki, bunu Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev deyib.

Qazaxıstanın keçmiş prezidenti bunu Astana klubunun yeddinci iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, dünya nüvə fəlakətinə həmişəkindən daha yaxındır:

“Belə bir vəziyyət məni xüsusilə narahat edir. Qlobal səviyyədə siyasi iradə olmadan bu sahədə nəzərəçarpacaq irəliləyişə nail olmaq demək olar ki, mümkün deyil. Məhz bu səbəbdən 2019-cu ilin noyabrında Astana Klubunun beşinci iclasında mən nüvə təhlükəsizliyi və nüvə silahından azad dünya üçün Qlobal Liderlər Alyansının (GAL) yaradılmasını təklif etdim”.

Qazaxıstanın keçmiş prezidentinin fikrincə, yeni geosiyasi reallığın formalaşmasının əsas səbəbləri beynəlxalq münasibətlərdə güc qarşıdurmasının artması, sanksiyalar fonunda dünyanın iqtisadi arxitekturasında multiböhran, iqlim dəyişikliyi və vəziyyətin pisləşməsidir.

Anar TAĞIYEV
Xəbəri paylaş