Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçayda Heydər Əliyevin xatirəsi anılıb

Göyçayda Heydər Əliyevin xatirəsi anılıb


Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü respublikanın bütün bölgələrində olduğu kimi Göyçay şəhərində də qeydd edilib.

Newscenter.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Ulu Öndərin anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri də fəal iştirak ediblər. Anım günü ilə bağlı rayonda müxtəlif səpkili tədbirlər də təşkil olunub.



Anar Əliyev
Xəbəri paylaş