Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Qəzzada 110 məscidi dağıdıb

İsrail Qəzzada 110 məscidi dağıdıb


İsrailin Qəzzaya hücumlarından dini ibadət məkanları da ciddi şəkildə ziyan görüb.

Newscenter.az Fələstin Hökumətinin Qəzzadakı Media Ofisinə istinadən bildirir ki, oktyabrın 7-dən Qəzzaya başlayan hücumlar zamanı İsrailin Qəzzada ibadət ocaqlarını hədəf alması nəticəsində 110 məscid tamamilə dağıdılıb. Bundan başqa 196 məscidə ciddi zərər dəyib.

Məlumatda qeyd edilib ki, İsrail nəinki məscidləri, eyni zamanda kilsələri də hədəf alıb. Nəticədə Qəzzadakı 3 kilsə də dağıdılıb.

Anar TAĞIYEV
Xəbəri paylaş