Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib

Özbəkistanda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib


Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, dövlətçilik tariximizdə əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.

Newscenter.az xəbər verir ki, mərasimdə Səfirliyin və Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, Azərbaycan diasporasının üzvləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyev və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra tədbir iştirakçıları səfirliyin foyesində təşkil olunmuş, Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən foto və nəşr sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən səfir Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açaraq, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışmış, bu görkəmli şəxsiyyətin xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını bildirmişdir. O, müasir və müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf kursunu uğurla davam etdirməsini qeyd edib. 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsi haqqında danışan səfir Hüseyn Quliyev qeyd edib ki, bu, Ulu Öndərin vəsiyyətini yerinə yetirən, əcdadlarımızın torpaqlarını erməni işğalçılarından və vandallarından azad edən cənab Prezident İlham Əliyev bütün Azərbaycan xalqının qürurudur.

Sonda Hüseyn Quliyev vurğulayıb ki, Heydər Əliyev Prezident İlham Əliyevin apardığı islahatlar sayəsində güc, nüfuz, uğur və inkişaf nümunəsinə çevrilmiş arzuladığı bugünkü Azərbaycanla fəxr edərdi.

Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov, yerli azərbaycanlılar və digər tədbir iştirakçıları Ulu Öndər haqqında öz fikir və mülahizələrini bölüşüb, ömrünü Azərbaycan xalqına və dövlətçiliyinə fədakar xidmətə həsr etmiş bu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Mədəniyyət Mərkəzində və eləcədə də Daşkənd şəhərində yerləşən Heydər Əliyev parkındakı abidələrinin önünə gül dəstələri qoyulmaqla da böyük ehtiramla yad edilib.

R.Mehdiyeva
Xəbəri paylaş