Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsi şəhidinin atası vəfat edib

Vətən müharibəsi şəhidinin atası vəfat edib


Vətən müharibəsi şəhidi, Masallıda doğulan Balaqardaş Vəliyevin atası Fərhad Vəliyev vəfat edib.

Newscenter.az xəbər verir ki, bu barədə ictimai fəal Elyar İslamoğlu sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, Balaqardaş Vəliyev 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2020-ci ilin aprelində çağırışçı kimi “N” saylı hərbi hissəyə xidmətə yollanıb.

O, Vətən müharibəsi zamanı, 1 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub. 15 dekabr 2020-ci il tarixində Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Anar Əliyev
Xəbəri paylaş