Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Voleybolçularımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək

Voleybolçularımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək


Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək yarışda ümumilikdə 5 ölkənin yığma komandası iştirak edəcək. Millimiz Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq.

Qeyd edək ki, yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Oruc Niyazov
Xəbəri paylaş